Çində uşaqları məktəbə kuryerlər aparır - FOTO

Dünya

09.01.2025 19:06

Çində analar uşaqlarını məktəbə aparmaq üçün kuryer tutmağa başlayıblar. Bu cür xidmətlərə artan tələbat yetkinlik yaşına çatmayanların təhlükəsizliyi ilə bağlı ictimai narahatlığı artırıb. 

TodayPress xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

2024-cü ilin dekabr ayının əvvəlində qadın sosial mediada oğlunu elektrikli velosiped və ya mopedlə məktəbə aparmaq üçün yemək daşıyan sürücüyə pul ödəməyə başladığını paylaşıb. Bir çox abunəçi qadının ixtirasına heyran qalıb. Bundan sonra getdikcə daha çox valideyn həmin anadan nümunə götürdüklərini internetdə paylaşmağa başlayıblar. Qadınlar qeyd edirlər ki, onlar kuryerlərdən diqqətli olmalarını və uşağın sağ-salamat məktəbə getdiyini təsdiqləyən videogörüntülər göndərməyi xahiş edirlər.

Kuryer xidmətləri isə belə sifarişləri qəbul edən sürücülərin şirkət siyasətini pozduğunu qeyd edib. Bildirilib ki, əgər onlar tutulsalar, cərimələnəcəklər. Onlar valideynləri daha ehtiyatlı olmağa və övladlarını lazımsız risklərə məruz qoymamağa çağırıblar.

Töhfə Səməd

tag: Çin,Kuryer ,Qadınlar,Uşaqlar,Mətəb,todaypress.az,

photo