Çində ticarət mərkəzindəki yanğında 6 nəfər həyatını itirdi
Çin Xalq Respublikasının
Sıçuan əyalətinin Ziqonq şəhərində yerləşən ticarət mərkəzlərinin birində
yanğın başlayıb.
TodayPress xəbər verir
ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd olunub ki, yanğın nəticəsində
6 nəfər ölüb. Binanın 4 mərtəbəsini əhatə edən alovun qarşısını almaq üçün əraziyə
xeyli sayda yanğınsöndürən briqadası cəlb edilib.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.(report.az)
tag: Çin, Sıçuan, Ziqonq, Yanğın, todaypress.az,