Çində sel və torpaq sürüşməsi can almağa davam edir
Dünya
04.08.2024 16:15
Çində baş verən sel və torpaq sürüşməsi nəticəsində 4 nəfər həyatını itirib, 23 nəfər isə itkin düşüb.
TodayPress xəbər verir ki, bu barədə “Xinxua”
agentliyi məlumat yayıb.
Qeyd edilir ki, sel nəticəsində bölgədə bir körpü
uçub, bəzi binalara ziyan dəyib.
Genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarının davam
etdiyi bölgədən 939 nəfər təxliyə olunub.
Töhfə Səməd
tag: Çin, Fəlakət,Fəsad, Daşqın, todaypress.az,