Çində Qədim Misir eksponatları sərgisinə rekord sayda ziyarətçi gəldi
Çinin Şanxay şəhərində
“Piramidaların zirvəsində” adlı Qədim Misir eksponatları sərgisinə rekord sayda
ziyarətçi gəlib
TodayPress “Əl Əhram” qəzetinə
istinadən xəbər verir ki, Misirin Qədim Əsərlər Ali Şurasının baş katibi
Muhammed İsmayıl Xalid tərəfindən açılışı edilən sərginin ilk günündə
eksponatlara 12 min ziyarətçi baxıb və 250 min bilet satılıb.
Sərginin açılışında iştirak edən
Çin rəsmiləri bildiriblər ki, bu qiymətli eksponatlar yaxın günlərdə daha çox
ziyarətçi cəlb edəcək.
Misirin müxtəlif mötəbər
muzeylərində diqqətlə seçilmiş 787 eksponatın nümayiş olunduğu sərgi qədim
Misir sivilizasiyasının ilk dövrlərindən Yeni Krallığa qədər olan əzəməti
nümayiş etdirir. Əsərlər qədim misirlilərin fironluq, gündəlik həyat, bəzək və
zinət əşyaları, yazı, dini inanclar və ölümdən sonrakı həyat anlayışlarını təsvir
edir. Diqqətçəkən məqamlar arasında II Ramzes, Axenaten, Tutanhamon, III
Amenemhat və Meneptah kimi məşhur fironların, habelə Osiris, İsis, Bastet,
Hathor, Apis Bull və Thot kimi Misir tanrılarının heykəlləri var. Sərgidə, həmçinin
daşlarla bəzədilmiş qızıl bilərziklər, kral tacları, kartuşlar və qədim
misirlilərin axirət konsepsiyasını əks etdirən əşyalar, o cümlədən rəngli taxta
tabutlar və kanopik bankalar kolleksiyası nümayiş etdirilir.
Sərgini daha da zənginləşdirmək
üçün Turizm və Qədim Əsərlər Nazirliyi eksponatların siyahısına Misirin ən qədim
və böyük nekropolu olan Saqqara arxeoloji ərazisində aşkar edilmiş artefaktları
da daxil edib. Bunlara bir neçə rəngli tabutlar, mumiyalanmış heyvan qalıqları,
rəngli əhəng daşından hazırlanmış Köhnə Krallığın heykəllərinin kolleksiyası
daxildir.
2025-ci ilin avqust ayına qədər açıq olacaq sərgi üç əsas seksiyada təşkil olunub: “Fironlar ölkəsi”, “Saqqara sirləri” və “Tutanhamon dövrü”.
tag: Çin , Misir, Eksponat, Şanxay, todaypress.az,