Çində qasırğa nəticəsində 7 nəfər öldü, itkin düşən var
Dünya
31.10.2024 01:44
Çinin cənubundakı Haynan ada əyalətində
"Trami" qasırğası nəticəsində 7 nəfər ölüb, daha bir nəfər itkin
düşüb.
TodayPress bu
barədə Çinin Fövqəladə Halların İdarə Edilməsi Departamentinə istinadən məlumat
yayıb.
“Trami” bu il sayca 20-ci qasırğadır.
Oktyabrın 28-dən Haynanın bir çox ərazilərinə güclü yağış yağıb.
Məlumata görə, 40 mindən çox insan təxliyə edilib.
tag: Çin, Qasırğa, Haynan, Trami,todaypress.az,