Çində qasırğa milyondan çox insana ziyan vurdu

Dünya

07.09.2024 15:15

Çinin Haynan adasında baş verən “Yagi” qasırğası nəticəsində 3 nəfər ölüb, 95 nəfər yaralanıb. 

TodayPress xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.  

Qurbanların hər ikisi Dinan qraflığının sakinləridir. 

Çinin cənubunda 1,2 milyondan çox sakin “Yagi” qasırğasından müxtəlif dərəcədə zərər çəkib.

Qasırğa küləyi binaların damlarını uçurub, yük maşınlarını aşırıb. 

Baş verən təbii fəlakət nəticəsində milyonlarla ev işıqsız qalıb. Şəbəkələrin bərpası istiqamətində işlər aparılır. 

Günəş Mərd

tag: Çin ,Qasırğa ,Yagi, Külək, Zərər, todaypress.az,