Çində fövqəladə vəziyyət elan edildi
Dünya
07.01.2025 12:08
Çində 53 nəfərin həyatına son qoyan zəlzələdən sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Ölkə rəhbərliyi regiona 22 min ədəd zəruri ləvazimat və 1500-dən çox xilasedici göndərib.
Xatırladaq ki, Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş verən 6,8 maqnitudalı zəlzələ nəticəsində 53 nəfər həlak olub, 62 nəfər yaralanıb.
tag: Çin ,Fövqaladə, Vəziyyət ,Zəlzələ ,todaypress.az,