Çində dünyanın ən böyük nasoslu anbar elektrik stansiyası istifadəyə verildi
Dünya
03.01.2025 17:03
Çində 2024-cü ilin sonunda dünyanın ən böyük nasoslu anbar elektrik stansiyası (PSPP) “Fanninq” işə salınıb.
TodayPress xəbər verir ki, bu barədə “İnterfaks” yazıb.
Stansiya ildə 6,61 milyard kilovatsaat elektrik enerjisi istehsal etmək üçün nəzərdə tutulub.
2021-ci ildən indiyədək əvvəllər quraşdırılmış elektrik stansiyalarının blokları isə 8,62 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edib.
Stansiyanın hər il kömür ekvivalentində 480,8 min ton yanacağa qənaət edəcəyi və atmosferə karbon qazı emissiyasını ildə 1,2 milyon ton azaltacağı gözlənilir.
Günəş Mərd
tag: Çin, Elektrik ,Milyon, Yanacaq ,todaypress.az,