Çində dəhşətli torpaq sürüşməsi 9 can aldı
Dünya
18.06.2024 01:00
Çinin Quanqdonq və Fujian əyalətlərində torpaq sürüşməsi faciəyə səbəb olub.
TodayPress xəbər verir ki, şiddətli yağışların meydana gıtirdiyi torpaq sürüşməsi 9 nəfərin həyatına son qoyub. Səlahiyyətlilər 17 nəfərdən hələ də xəbər ala bilmədiklərini bildirib.
Hər iki əyalətdə küçələr gölə çevrilib, avtomobillər su altında qalıb, 378 ev dağılıb.
GÜNEL
tag: Çin, Torpaq sürüşməsi, İtkin, Şiddətli yağışlar, todaypress.az,