Çində casus stansiyalar aşkar edildi

Dünya

19.08.2024 12:10

Xarici ölkələrin kəşfiyyatı ilə əlaqəli bir sıra şirkətlər məxfi məlumatların toplanması üçün Çində anemometr qüllələri quraşdırıblar.

TodayPress xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyindən bildirilib.  

Məlumata görə, son illərdə xarici kəşfiyyat xidmətləri ilə əlaqəli bəzi şirkətlər, külək ölçən qüllələr tikmək bəhanəsi Çində strateji ərazilərdə fəaliyyət göstəriblər. 

Qeyd olunub ki, bu şirkətlər qeyri-qanuni olaraq məxfi məlumatları toplayıb və xaricə ötürüblər. Bu Çinin milli təhlükəsizliyinə təhdid yaradan amillərdən biridir. 

Çinin dövlət qəzeti olan “Global Times”ın məlumatına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Çin təhlükəsizlik orqanları xarici ölkələrlə əlaqəli üç mindən çox meteoroloji stansiyanı yoxlayıb və yüzlərlə qeyri-qanuni qurğu aşkarlayıblar. 

Günəş Mərd

tag: Çin, Casus, Stansiyalar, Təhlükəsizlik Orqanları, Qurğu, todaypress.az,