Çində ağır dronlar sınaqdan keçirildi

Dünya

24.01.2025 17:35

Çinin "Aerospace CH" PUA şirkəti tərəfindən hazırlanmış "CH-YH1000" pilotsuz nəqliyyat təyyarəsi növbəti sınaq mərhələsindən keçib. 

TodayPress xəbər verir ki, bu barədə "Army Recognition" məlumat yayıb.

Tam yüklənmiş ağır pilotsuz təyyarə Hubey əyalətindəki Çange hava limanında manevrlər yerinə yetirib.

"2025-ci il yanvarın 19-da keçirilən bu sınaq logistika nəqliyyatı, fövqəladə yardım və hərbi dəstək missiyaları üçün nəzərdə tutulmuş PUA-nın inkişafında irəliyə doğru mühüm addımdır” materialda deyilir.

Sınaqlar zamanı mütəxəssislər dronun əsas sistemlərinin, o cümlədən mühərrikin, əyləclərin və idarəetmə sisteminin işini yoxlayıblar. 

Sınaqlardan sonra "CH-YH1000"in yaradıcıları bildiriblər ki, dronun yaxın aylarda baş tutacaq ilk uçuşundan əvvəl dizaynında bir sıra dəyişikliklər ediləcək. Qurğu 1000 kiloqrama qədər yük daşımağa qadirdir, təyyarənin maksimal qalxma çəkisi isə 2300 kiloqramdır. Dron saatda təxminən 200 kilometr sürətə çatmaqla 10 saatdan çox havada qala bilir.

Töhfə Səməd

tag: Çin,PUA,Aerospace CH,CH-YH1000,todaypress.az,