Çində 35 nəfərin ölümünə səbəb olan sürücü edam edildi

Dünya

20.01.2025 15:15

Çin məhkəməsi ötən ilin noyabrında Çjuhay şəhərində camaatın üzərinə maşın sürən 62 yaşlı avtomobil sürücüsü Fan Veyçiu barəsində ölüm hökmü çıxarıb.

TodayPress xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb. 

Qəza nəticəsində 35 nəfər həlak olub, 40-dan çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Qəzadan sonra sürücü hadisə yerindən qaçmağa çalışsa da, polis tərəfindən yaxalanıb. Dindirmə zamanı o, həyat yoldaşından boşandığı üçün belə bir addım atmaq qərarına gəldiyini söyləyib. O, "hirsini atmaq" üçün belə etdiyini deyib. 

Dekabrda məhkəmə onu təhlükəli vasitələrlə ictimai təhlükəsizliyə narahatlıq törətməkdə təqsirli bilib. Veyçiunun edamı yanvarın 20-də prosedurların qanuna uyğun həyata keçirilməsini təmin edən prokurorların iştirakı ilə həyata keçirilib.

Edam üsulu açıqlanmayıb.


Töhfə Səməd

tag: Çin,Edam,Hadisə,Dünya,todaypress.az,