Çin yeni milli inkişaf modelinə keçidi sürətləndirəcək

Dünya

15.07.2024 23:07

Çin beynəlxalq arenadakı çətin vəziyyətə və kifayət qədər olmayan optimal daxili böyümə amillərinə baxmayaraq, yeni milli inkişaf modelinə keçidi sürətləndirmək niyyətindədir.

TodayPress xəbər verir ki, bu barədə “TASS” agentliyi Çin Xalq Respublikasının (ÇXR) Dövlət Statistika İdarəsinə (DSİ) istinadla məlumat yayıb.

Rəsmi hesabatda yanvar-iyun aylarında ÇXR-də iqtisadi vəziyyətin sabit olduğu və dəyişikliklər və modernləşmə prosesinin davamlı olaraq irəlilədiyi bildirilir.

İdarənin məlumatına əsasən, ölkə milli spesifikliyə uyğun olaraq dayanıqlı inkişaf niyyətini sabitlik siyasəti ilə birləşdirən yüksək idarəçilik strategiyasını həyata keçirməyə davam etməlidir.

tag: todaypress.az, Çin, İnkişaf, ÇXR,DSİ,