Çin yarımkeçiricilərin ABŞ-yə ixracını qadağan etdi
Dünya
03.12.2024 18:00
Çin ölkədəki şirkətlərə yarımkeçirici istehsalı üçün lazım olan materialların ABŞ-yə ixracını qadağan edib.
TodayPress xəbər verir ki, bu barədə “İnterfaks” yazıb.
Söhbət germanium, qallium və superbərk materiallardan gedir. Bundan əlavə, qrafit məmulatlarının istifadəsinə nəzarət gücləndiriləcək. Bu materiallardan akkumulyatorlar, çiplər, hərbi və rabitə vasitələri istehsalında istifadə olunur.
Qeyd olunub ki, bu tədbirlər Vaşinqton tərəfindən əvvəllər tətbiq edilən sanksiyalara cavabdır və milli təhlükəsizliyin qorunmasını gücləndirmək məqsədi ilə həyata keçirilir.
Xatırladaq ki, bundan əvvəl ABŞ çip istehsalı üçün avadanlıqların tədarükünü məhdudlaşdıraraq Çinə qarşı sanksiyaları gücləndirib. Qadağa Amerika texnologiyasından istifadə edən xarici şirkətlərin fəaliyyətinə də şamil edilir.
Günəş Mərd
tag: Dünya, Çin ,ABŞ, İxrac, Qadağa, todaypress.az,