Çin Yaponiyanın hava məkanını pozdu
Dünya
26.08.2024 14:50
Çinin “Y-9” hərbi kəşfiyyat təyyarəsi Naqasaki prefekturasının cənub-qərbindəki Danco adaları ərazisində Yaponiyanın hava məkanını pozub.
TodayPress xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Özünümüdafiə Qüvvələri buna cavab olaraq döyüş təyyarələrini havaya qaldıraraq, bildiriş və xəbərdarlıqlar ediblər” deyə məlumatda bildirilib.
Hadisə ilə bağlı Tokio Pekinə kəskin etirazını bildirib.
Töhfə Səməd
tag: Çin, Yaponiya,Y-9, Təyyarə, Hücum, Kəşfiyyat, todaypress.az,