Çin XİN Trampın BRICS-ə qarşı hədələrinə cavab verdi
Dünya
03.12.2024 13:56
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın təhdidlərinə baxmayaraq, BRICS çərçivəsində ölkələrlə əməkdaşlığı gücləndirmək niyyətində olduğunu bildirib.
TodayPress xəbər verir ki, bu barədə “RİA” diplomata istinadən məlumat yayıb.
"Çin müxtəlif sahələrdə işgüzar əməkdaşlığı dərinləşdirmək, qlobal iqtisadiyyatın davamlı və sabit artımına daha çox töhfə vermək üçün BRICS tərəfdaşları ilə işləməyə davam etməyə hazırdır" deyə Jian bildirib.
O, BRICS-in blok qarşıdurmasında iştirak etmədiyini və dövlətlər arasında qarşılıqlı faydalı münasibətlərin tərəfdarı olduğunu vurğulayıb.
Xatırladaq ki, dekabrın 1-də Tramp bildirmişdi ki, BRICS ölkələri öz valyutalarını yaratmaq planından əl çəkməsələr, 100% tariflər tətbiq ediləcək. Onun sözlərinə görə, beynəlxalq ticarət üçün dolları əvəz etməyə çalışan istənilən ölkə Amerika bazarı ilə vidalaşacaq.
Töhfə Səməd
tag: XİN, Çin, BRICS, Tramp, todaypress.az,