Çin XİN Qərbin Rusiya ilə bağlı qərarına münasibət bildirdi

Dünya

18.11.2024 14:35

"Ukraynadakı münaqişənin siyasi həllinin axtarılması bütün tərəflərin maraqlarına cavab verir". 

TodayPress xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib. 

O brifinqdə bir sıra Qərb ölkələrinin hakimiyyət orqanlarının Ukrayna qoşunlarına Rusiya ərazisinin dərinliklərində zərbələr endirməyə icazə vermək qərarına dair xəbərləri belə şərh edib. 

“Çinin Ukrayna məsələsində mövqeyi həmişə aydın olub. Atəşi dayandırmaq və müharibəni mümkün qədər tez bitirmək və siyasi həll yolu tapmaq bütün tərəflərin maraqlarına uyğundur” diplomat bildirib.

Lin Jianın sözlərinə görə, Ukrayna münaqişəsində əsas prioritet vəziyyəti mümkün qədər tez deeskalasiya etməkdir. O, Çinin böhranın sülh yolu ilə həllinə kömək etmək üçün bütün səyləri həmişə dəstəklədiyini və Ukrayna böhranının siyasi həllində konstruktiv rol oynamağa davam etməyə hazır olduğunu vurğulayıb.

Günəş Mərd

tag: Çin,Ukrayna, Sülh, Müharibə, todaypress.az,