Çin XİN başçısı: “Haniyənin öldürülməsi İranın suverenliyinin pozulmasıdır”

Dünya

07.08.2024 18:50

HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi İranın suverenliyinin pozulmasıdır.

TodayPress “İSNA”ya istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ bildirib.

Məlumata görə, o, İsmayıl Haniyənin öldürülməsinin ittiham edərək bunu BMT-nin nizamnaməsi və beynəlxalq normaların pozulması kimi dəyərləndirib.

Nazir hadisənin regionda gərginliyi artıracağını, regionu daha təhlükəli vəziyyətə sürükləyəcəyini qeyd edib.

tag: HƏMAS, Çin, Tehran, Haniyə, XİN, BMT, todaypress.az,