Çin vitse-prezidenti İlon Maskla görüşdü
Dünya
20.01.2025 14:20
Çinin vitse-prezidenti Han Zen ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi ərəfəsində Pekinin yüksək səviyyəli təmsilçiliyi çərçivəsində milyarder İlon Maskla görüşüb.
TodayPress xəbər verir ki, bu barədə Çinin Vaşinqtondakı səfiri Xi Fenq məlumat verib.
Səfir bildirib ki, Han Zen “Tesla”nın baş direktoru Mask ilə görüşüb, Amerika şirkətlərini fürsətlərdən istifadə etmək, Çinin inkişafının nəticələrini bölüşmək və Çin-ABŞ iqtisadi və ticarət əlaqələrinin təşviqinə daha çox töhfə vermək üçün Çin ilə əməkdaşlığa dəvət edib.
Han deyib ki, Çin prezidenti Si Cinpin və Tramp bu yaxınlarda önəmli telefon danışığı zamanı iki ölkə arasındakı münasibətlərin gələcək inkişafı ilə bağlı bir çox vacib ümumi anlaşmaya nail olublar.
Çin səfirinin sözlərinə görə, Han ABŞ-nin işgüzar dairələrinin nümayəndələri ilə də görüşüb.
“Çin və ABŞ ortaq maraqları və əməkdaşlıq üçün geniş imkanları bölüşür. Münasibətlərin yaxşı başlanğıcı və stabil inkişafı Çin və Amerika xalqlarının ümumi rifahına xidmət edəcək və beynəlxalq ictimaiyyətin ümumi gözləntilərinə cavab verəcək” deyə səfir əlavə edib.
Nicat Osman
tag: ABŞ, Çin, İlon Mask,Tramp, Tesla,Dünay,todaypress.az,