Çin və Tailand hərbi təlimlər keçirəcək

Dünya

14.08.2024 11:39

Avqustda Çin və Tailand arasında hava qüvvələrinin birgə təlimləri keçiriləcək.

TodayPress “TASS”a istinadən xəbər  verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

“Çin və Tailand hərbçiləri arasında illik əməkdaşlıq planına əsasən, iki ölkənin birgə hərbi hava qüvvələrinin “Qartal zərbəsi 2024” təlimləri avqust ayında Tailand Hərbi Hava Qüvvələrinin bazasında keçiriləcək” deyə məlumatda bildirilib.  

Çinin təlimlərə bir neçə növ təyyarə və xüsusi təyinatlılar göndərəcəyini vurğulanıb.   

Qeyd olunub ki, təlimlər hər iki tərəfin silahlı qüvvələrinin hərbi-texniki səviyyəsinin artırılması, Çin və Tailand hərbçiləri arasında praktiki mübadilə və əməkdaşlığın dərinləşdirilməsi məqsədi daşıyır. 

Günəş Mərd

tag: Avropa, Çin, Tailand,Müdafiə Nazirliyi,Praktiki Mübadilə, todaypress.az,