Çin və Rusiya arasında dəniz təlimləri başladı
Dünya
15.07.2024 10:06
Cənubi Çin dənizində Çin və Rusiyanın birgə “Dəniz əməkdaşlığı 2024” adlı hərbi təlimləri başlayıb.
TodayPress xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Təlim zamanı hər iki ölkənin ordusu kəşfiyyat aparmalı, düşmən gəmilərini və sualtı qayıqlarını müəyyən etməlidir. Aşkar edilən hədəflərə zenit, raket və artilleriya atışları həyata keçiriləcək.
Bundan əlavə, ekipajlar raket buraxılış qurğularından döyüş hazırlığı zərbələrini icra edəcəklər.
Qeyd edək ki, təlimlər hər iki ölkənin təhlükəsizlik təhdidlərinə birgə cavabı kimi qiymətləndirilir.
Günəş Mərd
tag: Çin, Rusiya, Hərbi təlim, Döyüş,Dəniz, todaypress.az,