Çin və Qazaxıstan sərhəddində zəlzələ baş verdi
Dünya
19.01.2025 11:40
Çin və Qazaxıstan sərhədində 5,5 bal gücündə zəlzələ baş verib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bakı vaxtı ilə 03:15-də qeydə alınan zəlzələnin episentri Qazaxıstanla sərhəddən təxminən 154 km aralıda yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Nicat Osman
tag: Qazaxıstan,Çin,Zəlzələ,Sərhəd,Todaypress.az,