Çin və Pakistan birgə antiterror təlimləri keçirdi

Dünya

20.12.2024 19:40

Çin və Pakistan üç həftə davam edən "Döyüşçü-8" birgə antiterror təlimlərini başa çatdırıb.

TodayPress Çin KİV-inə istinadən xəbər verir ki, təlimlərdə Çin Xalq Azadlıq Ordusunun Qərb Hərbi Dairəsinin 300-dən çox hərbçisi iştirak edib.

Təlimlər Pakistanda Çin vətəndaşlarına qarşı son hücumlar fonunda keçirilib. Bu cür insidentlərdən biri noyabrda Karaçidəki Cinna Beynəlxalq Hava Limanı yaxınlığında kamikadze tərəfindən törədilən və iki Çin vətəndaşının həlak olduğu terror aktı olub.

Bu hadisədən sonra Çinin Xarici İşlər Nazirliyi Pakistanı Çin-Pakistan İqtisadi Dəhlizinin, ölkə əməkdaşları və layihələrinin qorunması üçün daha sərt tədbirlər görməyə çağırıb.

tag: Çin ,Pakistan, Kamikadze ,Hücum ,Təlim ,todaypress.az,