Çin və İran əməkdaşlığı gücləndirəcək
Çin İranla siyasi etimadı artırmaq və əməkdaşlığı genişləndirmək istəyir.
TodayPress xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Dövlət Şurası Baş nazirinin müavini Din Syuesyan İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşündə bildirib.
O qeyd edib ki, Çin iki ölkə arasında yüksək səviyyəli təmasları gücləndirməyə, siyasi etimadı artırmağa və beynəlxalq məsələlərdə əməkdaşlığı dərinləşdirməyə hazırdır.
Abbas Əraqçi öz növbəsində İran və Çin arasında möhkəm dostluğun olduğunu vurğulayıb və Tehranın Çinlə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib.
Türkan İsgəndərli
tag: Çin,İran,Əməkdaşlıq,Görüş,Todaypress.az,