Çin və Fransa liderləri görüşdü

Dünya

20.11.2024 18:10

Çin prezidenti Si Cinpin Rio-de-Janeyroda keçirilən G20 sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makronla görüşüb. 

TodayPress xəbər verir ki, bu barədə yerli Fransa KİV məlumat yayıb. 

Si Cinpin görüş zamanı bildirib ki, Çin Fransa ilə münasibətlərinin sabit və müsbət inkişaf tempini qoruyub saxlamaq niyyətindədir. 

O, Çin-Avropa münasibətlərinin sağlam inkişafına, dünyada sülh və sabitliyə daha böyük töhfələr vermək üçün Pekinin Fransa ilə işləməyə hazır olduğunu bildirib.

Öz növbəsində Makron əlavə edib ki, Fransa Çin ilə qarşılıqlı dialoq və əməkdaşlıq aparmaq, eyni zamanda iqtisadiyyat və ticarətlə bağlı məsələləri inkişaf etdirmək istəyir. 

Günəş Mərd

tag: Çin,Si Cinpin,G20,Fransa,Avropa ,todaypress.az,