Çin və CAR liderləri Ukraynadakı münaqişədən danışdılar
Dünya
03.09.2024 09:49
Çin və Cənubi Afrika Respublikası Rusiya-Ukrayna münaqişəsinin sülh danışıqları yolu ilə həllini müdafiə edirlər.
TodayPress xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Сinpin və Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza arasında Pekində keçirilən danışıqların yekunları üzrə iki ölkənin birgə bəyanatında bildirilib.
“Hər iki tərəf inklüziv dialoq və sülh danışıqlarının böhranın davamlı həllinin tapılmasının yeganə mümkün siyasi yolu olduğu barədə razılığa gəliblər” deyə sənəddə qeyd edilib.
Bundan əlavə, Si Cinpin və Siril Ramafoza münaqişə tərəflərini döyüş meydanının genişlənməsinə, hərbi əməliyyatların artmasına imkan verməməyə çağırıb.
Töhfə Səməd
tag: Çin, Cənubi Afrika, Sülh ,Böhran ,Siril Ramafoza ,todaypress.az,