Çin və ABŞ danışıqlar zamanı gömrük rüsumlarının tətbiqini dayandıra bilərlər

Dünya

09.05.2025 21:30

9

Çin və ABŞ hakimiyyətləri bu həftəsonu İsveçrədə keçiriləcək danışıqlar zamanı qarşılıqlı tətbiq etdikləri gömrük rüsumlarının qüvvəsini müvəqqəti olaraq dayandıra bilərlər.

TodayPress-in məlumatına görə, bu barədə İsveçrənin iqtisadiyyat naziri və vitse-prezidenti Qi Parmelen ABŞ-nin maliyyə naziri Skott Bessent və Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifenlə Bern şəhərində keçirdiyi danışıqlardan sonra təşkil olunan mətbuat konfransında bildirib.

“Biz hər şeyi, o cümlədən danışıqlar zamanı qarşılıqlı şəkildə gömrük rüsumlarının dayandırılmasını da təsəvvür edə bilərik. Bu, tərəflərdən asılıdır” deyə Parmelen qarşıdan gələn danışıqların mümkün nəticələrini şərh edərkən bildirib.

tag: Çin, ABŞ, Rüsum, İsveç,todaypress.az,