Çin Ukraynaya sülhməramlı missiya göndərə bilər
Çin Ukraynada sülhməramlı missiyaya qoşula bilər.
TodayPress xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "Welt am Sonntag" nəşri məlumat yayıb.
“Çinin “istəklilər koalisiyasına” qoşulması Rusiyanın Ukrayna ərazisində sülhməramlıları qəbul etmək istəyini artıra bilər” hesabatda deyilir.
Qeyd edək ki, "Bloomberg"in məlumatına görə, Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron 37 ölkəni Ukraynaya sülhməramlılar göndərmək və ona təhlükəsizlik zəmanəti vermək istəyən dövlətlər qrupunun yaradılmasına cəlb etmək istəyirlər. Agentlik yazıb ki, söhbət Avropa, Britaniya Millətlər Birliyi və Asiya ölkələrindən gedir.
Töhfə Səməd
tag: Çin ,Ukrayna,Sülhməramlı ,Rusiya,todaypress.az,