Çin Ukraynaya humanitar yardım göndərməyə hazır olduğunu açıqladı
Çin Ukraynaya əlavə humanitar yardım göstərməyə hazırdır.
TodayPress xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ ukraynalı həmkarı Andrey Sibiqa ilə BMT Baş Assambleyası çərçivəsində keçirdiyi görüşdə bildirib.
“Çin Ukraynanın ehtiyaclarına uyğun olaraq yardım paketi göndərməyə hazırdır” deyə o, vurğulayıb.
Vanq İnin sözlərinə görə, Pekin Ukraynadakı humanitar vəziyyəti diqqətlə izləyir. Nazir xatırladıb ki, Çin artıq Ukraynaya 4 humanitar yardım göndərib.
Töhfə Səməd
tag: Çin, Ukrayna ,Pekin ,Humanitar Yardım ,BMT, todaypress.az,