Çin Ukraynanın ittihamlarını rədd etdi

Dünya

23.04.2025 13:54

5

Çin Ukraynanın Çin hərbçilərinin Rusiya tərəfində döyüş əməliyyatlarında iştirakı ilə bağlı ittihamlarını əsassız adlandırıb.   

TodayPress xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Quo Jiakun brifinqdə məlumat verib. 

O bildirib ki, Çin belə ittihamları və siyasi manipulyasiyanı qətiyyətlə rədd edir. 

Qeyd edək ki, aprelin 22-də Ukrayna Çin səfiri Ma Şenqkunu Xarici İşlər Nazirliyinə çağıraraq Rusiya ilə hərbi əməkdaşlığa dair sübutlar təqdim etdiyini açıqlayıb.

Həmin sənədlərin detalları ictimaiyyətə açıqlanmayıb.  Ukrayna Xarici İşlər Nazirliyi isə Pekinlə Moskva arasında hərbi sahədə əməkdaşlığın narahatlıq doğurduğunu bildirib. 

Türkan İsgəndərli

tag: Çin,Ukrayna,İttiham,Rədd,Todaypress.az,