Çin Ukraynadakı münaqişəni dayandırmaq üçün Rusiyaya təzyiqi artıracaq
Dünya
04.01.2025 12:10
“Donald Trampın hakimiyyətə gəlməsi ilə Rusiya ilə ABŞ arasında münasibətlər daha da pisləşərsə, Ukrayna böhranının III Dünya müharibəsinə çevrilməsi riskləri artacaq, eyni zamanda nüvə eskalasiyası qaçılmaz olacaq”.
TodayPress xəbər verir ki, bu barədə rusiyalı ekspert Dmitri Suslov “Ura.ru”ya müsahibəsində bildirib.
Onun fikrincə, bu, Çinə mənfi təsir edəcək və dünya iqtisadiyyatını çökdürəcək.
Ekspert hesab edir ki, iqtisadi və nüvə riskləri Çini Rusiyaya Ukrayna münaqişəsini mümkün qədər tez başa çatdırmaq üçün təzyiq göstərməyə vadar edir.
Günəş Mərd
tag: Çin ,Rusiya ,Ukrayna ,Təziq ,todaypress.az,