Çin Ukraynada eskalasiyanın qarşısını almağa çağırır

Dünya

07.05.2025 13:56

9

Çin Ukrayna münaqişəsində gərginliyin artmasının qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti şərait yaratmağa çağırıb.

TodayPress xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Çzyan brifinq zamanı bildirib.

O, Ukrayna tərəfindən Rusiyanın infrastrukturuna qarşı pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücum cəhdlərini şərh edərkən məsələni diqqətə çatdırıb.

"Artıq beynəlxalq ictimaiyyətin əksər ölkələri Ukrayna məsələsinin siyasi həlli istiqamətində öz konstruktiv rolunu ortaya qoyub. Hazırkı mərhələdə ən təxirəsalınmaz vəzifə gərginliyin eskalasiyasının qarşısını almaqdır. Bütün maraqlı tərəflər bu məsələdə konsensus yaratmalı və münaqişənin həlli üçün uyğun şərait formalaşdırmalıdır" deyə Çin rəsmisi vurğulayıb.

Töhfə Səməd

tag: Çin ,Ukrayna,Lin Çzyan,PUA,todaypress.az,