Çin Ukrayna üzrə sülh danışıqlarını dəstəkləyir
Çin Ukraynada sülhün bərqərar olunmasına yönələn bütün səyləri dəstəklədiyini və mövcud münaqişənin ədalətli və uzunmüddətli siyasi həllinə ümid etdiyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian brifinq zamanı deyib.
Nazirlik rəsmisi bu açıqlamanı Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı danışıqlar təklifi fonunda verib.
“Çin bütün tərəfləri dialoq və danışıqlar yolu ilə ədalətli, davamlı və effektiv siyasi nizamlanmaya nail olmaq üçün səyləri davam etdirməyə çağırır” deyə Lin Jian qeyd edib.
Çin, əvvəllər olduğu kimi, bu münaqişəyə neytral yanaşdığını və sülh təşəbbüslərini təşviq etməyə hazır olduğunu vurğulayıb.
Türkan İsgəndərli
tag: Çin,Ukrayna,Rusiya,Danışıq,todaypress.az,