Çin: “Ukrayna münaqişəsinin uzadılmasında maraqlı olanlar var”

Dünya

27.08.2024 11:18

2078

“Bir sıra ölkələrin hərbi sənaye kompleksləri Ukrayna münaqişəsinin uzadılmasında maraqlı olduqları üçün onu manipulyasiya edirlər.” 

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə ÇXR hökumətinin xüsusi nümayəndəsi Li Hui bildirib.  

O söhbətin hansı ölkələrdən getdiyini dəqiqləşdirməyib. 

“Bütün tərəflər hesab edir ki, böhran uzanır və bu, təkcə Rusiya və Ukraynaya görə deyil. Böhranın arxasında onu manipulyasiya edən bəzi hərbi-sənaye kompleksləri, eləcə də qlobal ordu dayanır” deyə cənab Li brifinqdə bildirib.

Qeyd edək ki, Li Hui Rusiya-Ukrayna münaqişəsini müzakirə etmək üçün iyulun 27-dən avqustun 8-dək Braziliya, Cənubi Afrika və İndoneziyaya səfər edib. May ayında Çin və Braziliyanın hakimiyyət orqanları Ukraynadakı münaqişənin həlli planını təqdim ediblər. Proqramın birinci bəndi hərbi əməliyyatların dayandırılmasıdır. 

Günəş Mərd

tag: Çin, Ukrayna, Münaqişə, Rusiya, Hərbi Əməliyyatlar, todaypress.az,