Çin Tibetə 6,8 milyon dollarlıq yardım paketi ayırdı

Dünya

09.01.2025 13:42

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin təşkilat şöbəsi dağıdıcı zəlzələdən sonra Tibet Muxtar Bölgəsinə yardım üçün 50 milyon yuan (6,8 milyon dollar) ayırıb. 

TodayPress xəbər verir ki, bu barədə “People's Daily” qəzeti məlumat yayıb.

Ayrılan məbləğ zəlzələnin nəticələrinin aradan qaldırılmasına və zərər çəkmiş bölgədə zəruri olan digər işlərə yönəldiləcək.

Töhfə Səməd

tag: Çin ,Tibet ,Yardım,Miyon ,todaypress.az,