Çin təyyarələri Tayvan sahillərində görüntüləndi
Dünya
22.06.2024 11:10
Çin Xalq Respublikasının (ÇXR) Silahlı Qüvvələrinin 41 təyyarəsi və 7 gəmisinin Tayvana yaxınlaşması qeydə alınıb.
TodayPress TASS-a istinadən xəbər verir ki, bu barədə adanın müdafiə qurumu məlumat yayıb.
Qeyd olunub ki, sözügedən qruplaşmadan 32 təyyarə Tayvan hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub.
Hədəfləri izləmək üçün zenit raket sistemləri, habelə adanın aviasiya və donanması istifadə edilib.
Bundan əvvəl “Reuters” agentliyi ABŞ və Çinin son 5 ildə ilk dəfə nüvə silahı məsələsi üzrə yarırəsmi danışıqları bərpa etdiyini bildirib.(report.az)
tag: Çin, Təyyarə, Silahlı Qüvvələr, Tayvan, todaypress.az,