Çin təhlükəsizlik üçün minimum nüvə arsenalını saxlayır
Dünya
19.12.2024 10:05
"Çin nüvə imkanlarını təhlükəsizliyini qorumaq üçün lazım olan minimum səviyyədə saxlayır"
TodayPress "TASS"a istinadən xəbər verir ki, bunu Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Liu Penqyu Pentaqonun ÇXR-in hərbi imkanları ilə bağlı növbəti illik hesabatını şərh edərkən deyib.
“Çin həmişə nüvə silahının istifadə edilməməsi siyasətinə sadiq qalaraq və öz nüvə imkanlarını milli təhlükəsizlik üçün zəruri olan minimum səviyyədə saxlayaraq, müdafiə xarakterli nüvə strategiyasına ciddi şəkildə riayət edib” o, bildirib.
Diplomatın sözlərinə görə, Çin nüvə gücləri arasında belə öhdəliklər götürmüş yeganə ölkədir.
Liu vurğulayıb ki, Pekinə qarşı belə təhdidlər olmadığı müddətcə ÇXR heç bir ölkəni nüvə silahından istifadə etməklə hədələməyəcək .
Çin səfirliyinin sözçüsü həmçinin əlavə edib ki, Tayvan məsələsinə müdaxilə edən istənilən qüvvə ölkənin daxili işlərinə qarşımış hesab olunacaq.
Günəş Mərd
tag: Tayvan ,Çin, Pekin, Öhdəlik, todaypress.az,