Çin təbii fəlaskətin fəsadlarını aradan qaldırmaq üçün küllü miqdarda pul ayırdı
Dünya
09.07.2024 11:55
Çinin Maliyyə Nazirliyi və Su Ehtiyatları Nazirliyi son dönəmlərdə ölkə ərazisində baş verən daşqınların yaratdığı fəsadları aradan qaldırmaq məqsədilə mərkəzləşdirilmiş qaydada 848 milyon yuan (təxminən 120 milyon ABŞ dolları) ayırıb.
TodayPress xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Vəsaitlər, xüsusilə, sel nəticəsində zədələnmiş bəndlərin və digər mühəndis tikililərinin təmiri, risklərin azaldılması və əhali üçün təhlükənin aradan qaldırılması üçün nəzərdə tutulub.
Hazırda Çinin mərkəzi, şərqi, cənub, cənub-qərb və şimal-şərqi ərazilərinin əksəriyyətində bir aydan artıq davam edən yağıntılar səbəbindən daşqınlar, sürüşmələr və sellərlə bağlı yüksək təhlükə elan edilib.
Töhfə Səməd
tag: Çin, Fəlakət,Maliyyə Nazirliyi,Fəsad, Daşqın, todaypress.az,