Çin Tayvanın müstəqillik tərəfdarlarını ölümlə hədələdi
Dünya
22.06.2024 23:20
Tayvanı öz ərazisi hesab edən Çin keçən ay vəzifəyə gələn və qısa müddət sonra müharibə əməliyyatları keçirən prezident Lai Çinqi seperatçı adlandırıb.
TodayPress xəbər verir ki, Çin Xalq Azadlıq Ordusu Tayvanı əhatə edən təlimin görüntülərini paytaxt Pekində ekranlarda yayımlayıb.
Çinin yaydığı bəyanatda bildirilir ki, Çinin məhkəmələri, prokurorları, ictimai və dövlət təhlükəsizlik orqanları ölkəni parçalamaq və ayırmağa cəhd göstərən Tayvanın müstəqillik tərəfdarlarını sərt şəkildə cəzalandırmalı, milli suverenliyi, birliyi və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməlidir.
Çinin İctimai Təhlükəsizlik Nazirliyinin rəsmisi Sun Ping Pekində jurnalistlərə bildirib ki, Tayvanın müstəqillik tərəfdarları üçün ən ağır cəza ölüm hökmüdür.
Bundan əlavə, müstəqillik tərəfdarının 10 ilədək həbs cəzası ala biləcəyi bildirilib.
GÜNEL
tag: Çin, Tayvan, Seperatçı, İctimai Təhlükəsizlik Nazirliyi, todaypress.az,