Çin Tayvanı gərginliyi artırmaqda ittiham etdi

Dünya

20.09.2024 12:50

Çin ABŞ-nin Tayvana silah satışını pisləyir.

TodayPress xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin mətbuat katibi Çjan Syaoqanqun bəyatında bildirilib.  

Qeyd olunub ki, Pekin bunu “Vahid Çin” prinsipinin pozulması kimi qiymətləndirir. 

“ABŞ-nin Çinin Tayvan bölgəsinə silah satışı “Vahid Çin” prinsipini ciddi şəkildə pozur. Biz buna qarşıyıq və ABŞ-yə kəskin etirazımızı bildirmişik" deyə Çjan bəyan edib. 

O, bundan əlavə, Tayvanı eyniadlı boğazda gərginliyi artırmaqda ittiham edib.  

"Biz ABŞ-ni Tayvanın müstəqilliyini dəstəkləməmək və onu silahlandırmaqdan imtina etmək öhdəliyini yerinə yetirməyə çağırırıq" o, deyib.

Günəş Mərd

tag: Pekin, ABŞ ,Tayvan ,Müstəqillik, Silah, todaypress.az,