Çin Tayvana xəbərdarlıq etdi

Dünya

03.01.2025 15:23

Çin Tayvanı müstəqillik axtarışının təhlükələri barədə xəbərdar edir. 

TodayPress xəbər verir ki, bu barədə Çinin Rusiyadakı səfiri Zhang Hanhui “RİA”da dərc olunan məqaləsində yazıb.

“Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir. Tayvan heç vaxt bir ölkə olmayıb və ola da bilməz. Bu kontekstdə “suverenlik” deyə bir şey yoxdur” o, bildirib.  

Diplomat qeyd edib ki, Tayvan administrasiyasının rəhbəri Lai Qingdenin müstəqillik haqqında fikirləri absurddur və Tayvan boğazında sülh və sabitliyə xələl gətirir.

Günəş Mərd

tag: Çin, Tayvan, Xəbərdarlıq, Rusiya, todaypress.az,