Çin Tayvana qrup səfərlərini bərpa edəcək
Dünya
17.01.2025 09:20
Çin hakimiyyəti yaxın gələcəkdə materikdən Tayvana qrup turist səfərlərini bərpa etmək qərarına gəlib.
TodayPress xəbər verir ki, bu barədə Çinin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, belə bir tədbir Tayvan boğazının hər iki tərəfində yaşayan əhali arasında qarşılıqlı əlaqəni normallaşdırmaq məqsədi daşıyır. Çinli həmvətənlərin maraqları və müvafiq turist səfərlərinə tələbat nəzərə alınmaqla qəbul edilib.
Bununla belə, Tayvana səyahətin bərpası hələlik yalnız Şanxay və şərqdəki Fujian əyalətinin sakinlərinə şamil edilir.
Qeyd edək ki, koronavirus pandemiyası fonunda Çindən Tayvana qrup turları 2020-ci ilin əvvəlində dayandırılmışdı.
Günəş Mərd
tag: Çin, Tayvan, Turist ,Şanxay,todaypress.az,