Çin: "Tarif müharibələri çoxtərəfli ticarət sistemini sarsıdır"

Dünya

23.04.2025 11:20

4

"Tarif müharibələri çoxtərəfli ticarət sistemini və qlobal iqtisadi nizamı pozur". 

TodayPress xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

"Tarif və ticarət müharibələri bütün ölkələrin qanuni hüquq və maraqlarına zərər vurur, çoxtərəfli ticarət sistemini və dünya iqtisadi nizamını pozur" deyə "Sinxua" xəbər agentliyi Çin liderinin sözlərini sitat gətirib.

Si Cinpinin qeyd etdiyi kimi, Çin Azərbaycanla BMT prinsiplərinə və beynəlxalq hüquqa əsaslanan dünya nizamını birgə müdafiə etməyə, habelə öz qanuni maraqlarını müdafiə etməyə və beynəlxalq ədalət uğrunda mübarizə aparmağa hazırdır.

Töhfə Səməd

tag: Çin,Azərbaycan,Tarif,BMT,todaypress.az,