Çin Suriyaya qarşı sanksiyaları ləğv etməyə çağırdı
Dünya
13.12.2024 13:49
Beynəlxalq ictimaiyyət Suriyaya qarşı illərlə tətbiq edilmiş birtərəfli sanksiyaların ləğvinə çalışmalı və onun ərazi bütövlüyünü dəstəkləməlidir.
TodayPress xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi deyib.
"Beynəlxalq ictimaiyyət Suriyanın suverenliyini və ərazi bütövlüyünü effektiv şəkildə müdafiə etməli, onun milli və dini ənənələrinə hörmət etməli və Suriya xalqının müstəqil qərarlar qəbul etməsinə imkan verməlidir" o, jurnalistlərə açıqlamasında vurğulayıb.
Vanq Yi Çinin Suriyada vəziyyətin kəskinləşməsini diqqətdə saxladığını da qeyd edib.
Çin diplomatının sözlərinə görə, Pekin Suriyada sülhün tezliklə bərpa olunmasının tərəfdarıdır.
Günəş Mərd
tag: Çin,Suriya, Sanksiya, ləğv, todaypress.az,