Çin sahil mühafizəsi Filippin gəmisinə su şırnaqlarından atəş açdı
Çin Sahil Mühafizəsi Filippin hökumət gəmisinə su şırnaqları ilə hücum edib.
TodayPress xəbər verir ki, bu barədə Filippin Sahil Mühafizəsinin nümayəndəsi Cey Tarriela sosial şəbəkədəki səhifəsində bildirib.
“Təxminən saat 6:50-də (Bakı vaxtı ilə 2:50) Çin Sahil Mühafizəsi gəmisi su şırnaqları ilə birbaşa naviqasiya antenalarını hədəfə alıb” deyə o bildirib.
Bu, Çin və Filippin gəmilərinin iştirakı ilə baş verən ilk belə hadisə deyil. Avqust ayında Cənubi Çin dənizində iki ölkənin gəmiləri toqquşub. Çin Sahil Mühafizəsinin sözçüsü Qan Yu: “Filippin tərəfi toqquşmaya görə tam məsuliyyət daşıyır" deyə bildirib.
Töhfə Səməd
tag: Çin, Flippin, Mühafizə, Hökumət, todaypress.az,