Çin Rusiya şirkətlərinin hesablarını bloklayır

Dünya

19.11.2024 09:28

"Chouzhou Commercial" və Bank of "China" kimi Çin bankları sanksiya tətbiq edilən təşkilatların ünvanları ilə üst-üstə düşən ünvanlarda qeydiyyatdan keçmiş şirkətlərin hesablarını bloklamağa başlayıb. 

TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. 

Bu, təkcə sanksiyalara məruz qalan şirkətlərə deyil, həm də məhdudiyyət altında olmayan, o cümlədən Honq-Konq, Türkiyə və Rusiyada qeydiyyatdan keçmiş şirkətlərə də təsir edib.

Hüquqşünaslar bildirirlər ki, banklar öz müştərilərinin məlumatlarının yoxlanılmasını avtomatlaşdırır və əgər şirkətin ünvanı sanksiyaya məruz qalan şəxsin ünvanı ilə uyğun gəlirsə, bu hesabı bloklayır. 

Bu cür tədbirlər müştəri məlumatlarının diqqətlə monitorinqini tələb edən sanksiya qaydalarına riayət edilməsi zərurəti ilə əlaqələndirilir. Sanksiyaya məruz qalan şəxslə eyni ünvanda şirkətin olması əlavə yoxlama üçün siqnal hesab olunur ki, beynəlxalq təcrübədə belə olur. Sanksiya məhdudiyyətləri artıq Türkiyə və Honq-Konqda, o cümlədən İstanbulda və məlum Honq-Konq ünvanlarında qeydiyyatdan keçmiş şirkətlərə təsir edib. Rusiyada şirkətlərin ünvanları sanksiya tətbiq edilən ünvanlarla üst-üstə düşdüyü üçün yoxlamalarla üzləşmə halları da olub.

Günəş Mərd

tag: Çin, Rusiya, Türkiyə, Sanksiya,Chouzhou Commercial, todaypress.az,