Çin Rusiya ilə birgə təlimlərin məqsədini açıqladı

Dünya

11.09.2024 15:18

“Moskva və Pekin təhlükəsizlik təhdidlərinə cavab vermək üçün birgə təlimlər həyata keçirir”.

TodayPress xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin məlumat verib.

Onun sözlərinə görə, bu, ÇXR və Rusiya orduları arasında strateji əməkdaşlığı dərinləşdirməyə imkan verir.

Bundan əvvəl, Rusiya prezidenti Vladimir Putin Rusiya və Çinin “sözün hər mənasında” müttəfiqə çevrildiyini vurğulayıb. Rusiya lideri, həmçinin bəyan edib ki, Rusiya və Çin daha ədalətli dünya qurmağa çalışır.

Töhfə Səməd

tag: Moskva ,Pekin ,Çin ,ÇXR ,Putin ,todaypress.az,