Çin prezidentinin səhhətində problem var?
Çin prezidenti Si Cinpinin son zamanlar video çəkilişlərində başını qeyri-ixtiyari olaraq sola əyməsi, onun ağır xəstəlik, xüsusilə insult keçirməsi barədə şübhələrə səbəb olub.
TodayPress xəbər verir ki, bu barədə “Chinese Threat” məlumat yayıb.
Bildirilir ki, Si Cinpinin bu davranışı insultun nəticəsi ola bilər.
Məlumata görə, əgər insult beynin motor korteksini və ya bazal qanqliya adlanan sahələri zədələyirsə, bu, bədənin bir tərəfini idarə edən əzələlərdə, xüsusən də boyun əzələlərində gərginlik artmasına səbəb ola bilər. Bu gərginlik, başın istər-istəməz əyilməsinə yol açır.
Çin prezidentinin bu hərəkətləri, onun sağlamlığı ilə bağlı narahatlıqları artırır və bu vəziyyətin ciddi tibbi problemlərin nəticəsi olub-olmaması hələ də müəyyən edilməyib.
Xatırladaq ki, Si Cinpin Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə Moskvanın Qırmızı Meydanında keçirilən paradda iştirak edib.
Türkan İsgəndərli
tag: Çin,Rusiya,Si Cinpin,Xəstəlik,todaypress.az,