Çin ordusu müharibəyə hazırlaşmağa başladı
Çin Xalq Respublikasının sədri Si Cinpin oktyabrın 18-də Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) raket qoşunları briqadasını ziyarət edərkən hərbçiləri müharibəyə hazırlığı gücləndirməyə çağırıb.
TodayPress xəbər verir ki, Çin liderinin çıxışı “CCTV” telekanalının efirində yayımlanıb.
O qeyd edib ki, hərbçilər “müharibəyə hazırlığı hərtərəfli gücləndirməli və qoşunların etibarlı döyüş hazırlığını təmin etməlidirlər. Həmçinin Çin əsgərləri “öz strateji çəkindirmə və döyüş imkanlarını gücləndirməlidirlər.
Xatırladaq ki, ÇXR sədri müvafiq bəyanatla Çin hərbçilərinin Tayvan yaxınlığında genişmiqyaslı təlimlər keçirməsindən bir neçə gün sonra çıxış edib.
tag: Çin ,Təlim,Döyüş,ÇXR,Ordu,Todaypress.az,