Çin orbitə 6 süni peyk çıxardı
Çinin “Çanjen-6” raket daşıyıcısı orbitə 6 “Şiyan-27” süni peyki çıxarıb.
TodayPress xəbər verir ki, bu barədə Çinin Aerokosmik Elm və Texnika Korporasiyası (CASC) məlumat yayıb.
Məlumata görə, raketlər Çinin şimalında yerləşən Şansi vilayətinin Tayuan kosmodromundan buraxılıb.
Kosmik aparatlar orbitdə təyin olunmuş mövqeni tutublar.
Qeyd edilib ki, peyklər Yerə yaxın kosmik mühiti araşdırmaq və müvafiq texnologiyaların sınaqlarını həyata keçirmək üçün nəzərdə tutulub.
Nicat Osman
tag: Çin,Orbit,Süni Peyk,Kosmodrom,Todaypress.az,